Yarımmüdafiəçi Premyer Liqada 14 turda 5 dəfə şans qazanıb. Təbii ki, 135 dəqiqəlik bölümə şans da demək çətindi.

Uğursuz transferlər etməsi adi hala çevrilən "Neftçi" belə oyunçulardan biri ilə yollarını ayırıb. Matç.az xəbər verir ki, 6 ay əvvəl heyətə cəlb olunan Rəşad Eyyubov komandadan göndərilib.

Əslində, 26 yaşlı yarımmüdafiəçinin "ağ-qaralar"ın heyətində olması ilə olmaması arasında ciddi fərq də görünmür. Gününü ehtiyat oyunçular skamyasında keçirən futbolçudan rəsmi oyunlardan daha çox məşqlərdəki ikitərəfli matçlarda istifadə olunub.

"Neftçi"nin uğursuz transferi 6 ayda cəmi 6 dəfə meydana çıxıb. Bu qarşılaşmalarda da 143 dəqiqə meydanda olub. Bu 2 saat 23 dəqiqlik bölüm təxminən oyunyarımdan bir az çox edir. Yəni 3 tam 45 dəqiqəlik hissədən bir az çox. Bir sözlə, Rəşad düz əməlli iki oyunu tam keçirməyib.

Yarımmüdafiəçi Premyer Liqada 14 turda 5 dəfə şans qazanıb. Təbii ki, 135 dəqiqəlik bölümə şans da demək çətindi. Məhz bunu onun "Neftçi"dəki üç 45 dəqiqəlik hissəsi saymaq olar. Digər 8 dəqiqə isə ölkə kubokundakı yeganə matça təsadüf edib. Avropa Liqasında isə Eyyubov tamaşaçılardan yalnız tribunada deyil, ehtiyat oyunçular skamyasında əyləşməsi ilə fərqlənib. Orta sahə oyunçusu ümumilikdə 9 matçı başdan ayağa buradan izləyib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest