Almaniyanın "Şalke" klubu baş məşqçisi Manuel Baumu istefaya göndərib.
 
Matc.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
 
Bundesliqa klubunun tezliklə bu qərarı rəsmən açıqlaması gözlənilir. İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb göstərilir. Xəbərdə o da qeyd olunur ki, komandaya qarşıdakı iki oyunda Hub Stevens rəhbərlik edəcək. Hansı ki, o, daha öncə üç dəfə bu komandanın baş məşqçisi olub. Yeni baş məşqçinin kim olacağı isə hələ bilinmir.
 
Qeyd edək ki, "Şalke" Bundesliqada geridə qalan 12 oyunda qələbə qazana bilməyib. Cəmi 4 heç-heçəyə imza atmış komanda qalan oyunlarda məğlub olub və 18 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest