Daha bir futbol veteranının ailəsində itki olub.
 
Matc.az xəbər verir ki, "Neftçi"nin seleksiyaçı məşqçisi İqor Getmanın həyat yoldaşı vəfat edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Lakin Getmanın həyat yoldaşının ölümünün səbəbi açıqlanmayıb.
 
Qeyd edək ki, iki gün əvvəl Kamran Ağayevin, bu gün isə Kənan Kərimovun atasının koronavirusdan vəfat etdiyi də açıqlanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest