Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov "Tata Steel" turnirində çıxış etmək istəməməsinin səbəbini açıqlayıb.
 
Matc.az xəbər verir ki, 35 yaşlı qrossmeyster koronavirusa yoluxduğu üçün bu qərarı verdiyini bildirib.
 
O, virusdan tam sağaldığını söyləyib: "Turnirdə əvəz olunmağıma aydınlıq gətirmək istərdim. Bu yaxınlarda COVID-19 virusuna yoluxmuşdum. Bİr müddət hospitalda həkim nəzarəti altında olduqdan sonra evə buraxıldım. Şükürlər olsun, artıq canımda virus yoxdur, sağalmağa doğru gedirəm. Amma buna baxmayaraq, hələ də özümü zəif hiss etdiyimdən, yarışın təşkilatçısı Ceron Van Den Berqdən çoxdandır gözlədiyim və oynamaq istədiyim yarışda məni başqa oyunçu ilə əvəz etməsini xahiş etdim".
 
Məmmədyarov növbəti illərdə "Tata Steel" turnirində çıxış edəcəyinə ümidvar olduğunu deyib: "Növbəti illərdə də sizi öz oyunlarımla sevindirmək imkanım olacaq. Fürsətdən istifadə edərək, mənim qeydimə qalan həkimlərə və tibb bacılarına göstərdikləri qayğıya görə təşəkkürümü bildirirəm. Hamınız xoşbəxt və sağlam olun"!

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest