Almaniyanın "Şalke" klubu baş məşqçisi Manuel Baumu istefaya göndərdiyini rəsmən açıqlayıb.
 
Matc.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb.
 
İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub.
 
Xəbərdə o da bildirilir ki, "Şalke"yə müvəqqəti olaraq klubun idarə heyətinin üzvü olan Hub Stevens rəhbərlik edəcək. Hansı ki, o, daha öncə üç dəfə bu komandanın baş məşqçisi olub. Niderlanddan olan 67 yaşlı mütəxəssis dördüncü dəfə "Şalke"nin "sükan"ı arxasına keçib.
 
Qeyd edək ki, "Şalke" Bundesliqada geridə qalan 12 oyunda qələbə qazana bilməyib. Cəmi 4 heç-heçəyə imza atmış komanda qalan oyunlarda məğlub olub və 18 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest