UEFA "Qarabağ"a texniki məğlubiyyət verib. Matc.az xəbər verir ki, buna səbəb təmsilçimizin Avropa Liqasının qrup mərhələsi çərçivəsində dekabrın 10-da İspaniyada "Vilyareal"la keçirilməli olan görüşə çıxa bilməməsidir.

Azərbaycan çempionu əksər futbolçularının koronavirusa yoluxması səbəbindən turnirin altıncı turunun oyununa yollana bilmədiyindən 0:3 hesablı məğlubiyyət alıb.  

Beləliklə, ispanlar qələbə sayəsində I qrupunda 16 xal qazandı. UEFA-nın qərarından əvvəl komandanın aktivində 13 xalı var idi və turnir cədvəlində birinci pillədə idi. "Qarabağ" isə mübarizəni bir xalla, turnir cədvəlini sonuncu pillədə başa vurdu.  

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest