İngiltərənin "Nyukasl" klubunda iki futbolçu hələ də koronavirusdan sağalmayıb.
 
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin baş məşqçisi Stiv Brus məlumat verib.
 
O, COVİD-19 testi pozitiv çıxmış iki oyunçunun hələ də karantindən olduğunu söyləyib. Lakin 59 yaşlı mütəxəssis onların adını açıqlamayıb.
 
Xatırladaq ki, bu ayın əvvəlində əksər futbolçularında koronavirus aşkarlanan "Nyukasl" buna görə təlim-məşq bazasını bağlamaq, məşqlərini dayandırmaq məcburiyyətində qalmışdı. Hətta komandanın "Aston Villa" ilə çempionat matçı da təxirə salınmışdı.
 
Qeyd edək ki, növbəti oyununu "Fulhem"ə qarşı keçirəcək "Nyukasl" 17 xalla 14-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest