"Borussiya" (Dortmund) Almaniya Bundesliqasının 13-cü turu çərçivəsində səfərdə "Union Berlin" klubuna 1:2 hesabı ilə məğlub olub.
 
Matc.az xəbər verir ki, bu oyunda Dortmund təmsilçisinin futbolçusu Yusufa Mukoko yeni rekordla yadda qalıb.
 
Komandasının yeganə qolunu vuran Mukoko Bundesliqada fərqlənən ən gənc futbolçu olub. O, bu uğura 16 yaş 28 günündə nail olub.
 
Xatırladaq ki, bu mövsüm əsas komandada oynamağa başlayan Mukoko son həftələrdə müxtəlif rekordlarla yadda qalıb. O, öncə Bundesliqada debüt edən ən gənc futbolçu olmuşdusa, ardından UEFA çempionlar Liqasında meydana çıxan ən gənc oyunçu kimi tarixə düşmüşdü. Mukoko həm də Bundesliqanın start heyətdə meydana çıxmış ən gənc futbolçusudur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest