"Səbail"in baş məşqçisi Aftandil Hacıyevdə koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə "Report"a klubun Mətbuat xidmətindən məlumat verilib.
 
39 yaşlı mütəxəssisin test nəticəsinin müsbət çıxdığı bildirilib. Hacıyevdə xəstəliyin simptomları müşahidə edilməsə də, o, 2 həftə ev şəraitində təcrid olunub.
 
Baş məşqçidən fərqli olaraq, futbolçuların hamısında analizin cavabı mənfi çıxıb.
 
Xatırladaq ki, daha öncə Premyer Liqanın digər klublarından "Neftçi" (Samir Abasov), "Qarabağ" (Qurban Qurbanov) və "Keşlə"nin (Yunis Hüseynov) baş məşqçisində də koronavirus aşkarlanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest