Futbol üzrə İtaliya A Seriyasının 13-cü turu çərçivəsində keçirilən "Sassuolo" – "Milan" matçında sözügedən çempionatın tarixinin ən erkən qoluna imza atılıb.
 
Matc.az xəbər verir ki, qonaq komandanın futbolçusu Rafael Leao 6-cı saniyədəcə rəqib qapısına yol tapmaqla rekorda imza atıb.
 
O, Hakan çalhanoğlunun ötürməsini dəqiq zərbə ilə yekunlaşdırıb. Qarşılaşma isə "Milan"ın 2:1 hesablı qələbəsiylə bitib.
 
Bundan əvvəlki rekord "Pyaçentsa"nın futbolçusu Paolo Pocciyə aid idi. O, 2001-ci ilin yanvarında "Fiorentina" ilə matçın 8-ci saniyəsində rəqib qapısına yol tapmışdı.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest