Futbol üzrə İtaliya A Seriyasında 13-cü tura yekun vurulub.
 
Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.
 
Lider "Milan" bu tur çərçivəsində "Sassuolo" səfərinə yollanıb və növbəti qələbəsini qazanıb. "İnter" də "Spetsiya" ilə ev oyunundan qalib ayrılıb.
 
Turun mərkəzi görüşü paytaxt Romada keçirilib: "Latsio" "Napoli" ilə qarşılaşıb. Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər. 
 
Mövsümün iddialı komandalarından olan "Atalanta" isə bu tur çərçivəsində "Roma"nı darmadağın edib.
 
İtaliya A Seriyası
13-cü tur
19 dekabr
 
Fiorentina – Verona 1:1
Qol: Vlahoviç, 19-pen – Veloso, 8-pen.
 
Sampdoriya – Krotone 3:1
Qol: Damsqaard, 26. Yankto, 36. Kvalyarella, 65 – Simi, 45+1-pen.
 
Parma – Yuventus 0:4
Qol: Kuluşevski, 23. Ronaldo, 26; 48. Morata, 86.
 
20 dekabr
 
Torino – Bolonya 1:1
Qol: Verdi, 69 – Soriano, 78.
 
Sassuolo – Milan 1:2
Qol: Berardi, 89 – Leao, 1. Salemakers, 26.
 
İnter – Spetsiya 2:1
Qol: Hakimi, 51. Lukaku, 71-pen – Pikkoli, 90+4.
 
Kalyari – Udineze 1:1
Qol: Likoyannis, 27 – Lasanya, 57.
 
Benevento – Cenoa 2:0
Qol: İnsinye, 57. Sau, 89-pen.
 
Atalanta – Roma 4:1
Qol: Sapata, 59. Qosens, 70. Muriel, 72. İliçiç, 85 – Dzeko, 3.
 
Latsio – Napoli 2:0
Qol: İmmobile, 9. Alberto, 56.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest