"Barselona" müdafiə xəttində yaranmış boşluğu doldurub. Matç.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, Kataloniya klubu "Valensiya"nın futbolçusu Ceyson Murilyonu heyətinə cəlb edib.

Samuel Umtiti və Tomas Vermalenin uzun müddətə sıradan çıxması ucbatından arxa xətt üçün futbolçu axtarışına çıxan "Barsa" "Valensiya"nın 26 yaşlı müdafiəçisini icarəyə götürüb. Murilyo qış fasiləsindən sonra mövsümün sonuna qədər La Liqanın liderinin formasını geyinəcək. Bu keçid "yarasalar"a 2 milyon avro qazandırıb. "Barselona" yayda onu birbaşa transfer etmək üçün 25 milyon avro xərc çəkməli olacaq. Kolumbiya yığması üzvünün keçidi bu gün rəsmən elan olunacaq.

Qeyd edək ki, ötən mövsümü icarə əsasında "Valensiya"da keçirən Ceyson Murilyo bu yay "İnter"dən 15 milyon avro müqabilində transfer edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest