Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Səbail"lə cavab oyunu (3:2) "Zirə"nin futbolçusu Adil Nağıyev üçün əlamətdar olub. Matç.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, klub tarixində ən çox oyun keçirən futbolçu adının sahibi olan müdafiəçi sonradan meydana daxil olduğu qarşılaşmada 2 qola imza atıb.

Bu, Adilin "Zirə"də ilk dubludu. ümumilikdə isə bakılıların tarixində 19-cu dəfə bir oyunçu matçda 2 qol vurub. Azərbaycan kubokunda isə Nağıyevə qədər iki dubl qeydə alınmışdı. Nelson Bonilla 2015/16 mövsümündə AZAL, Vüsal İsgəndərli isə 2017/18 mövsümündə "Xəzər"in qapısından 2 top keçirib.

Adil "Zirə"nin tarixinə meydana sonradan daxil olub 2 qol vuran 5-ci futbolçudu. Ona qədər Sərxan Ağayev I divizionda, Luiz Alberto Diez, Vüsal İsgəndərli və Mirsahib Abbasov Premyer Liqada bunu bacarmışdısa, müdafiəçi kubok matçında ilk belə oyunçu olub.

Nağıyev "Zirə"nin tarixində ən çox qol vuran futbolçular siyahısında 5-ci olan Vüsal İsgəndərliyə çatıb. Hərəyə 8 qol vuran bu cütlük Nelson Bonilla (17), Riçard Qadze (12), Aslan Hüseynov (10) və Milan Duriçdən (9) geri qalır.

Qeyd edək ki, "Səbail"lə matç Adilin "Zirə"də 103-cü oyunu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest