İngiltərənin "Uotford" klubunun yeni baş məşqçisi məlum olub.
 
Matc.az xəbər verir ki, çempionşip təmsilçisinin "sükan"ı Xisko Munyosa tapşırılıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 40 yaşlı ispan mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.
 
Munyosun son iş yeri Gürcüstanın "Dinamo" (Tiflis) klubu olub.
 
"Uotford" ötən gün komandanın baş məşqçisi Vladimir İviçi istefaya göndərmişdi. Komanda çempionşipdə 5-ci sıradadır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest