"Liverpul"un futbolçusu Məhəmməd Salah qışda klubunu dəyişə bilər.
 
Matc.az xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur "tvitter" hesabında paylaşım edib.
 
Xəbərdə, "Mançester Siti", "Real" və PSJ-nin misirli hücumçunu transfer etmək istədiyi bildirilib.
 
"Liverpul" Salah üçün ən sərfəli təklifi dəyərləndirəcək. Mersisayd təmsilçisi aparıcı futbolçularından olan hücumçunun komandadan ayrılmasına qarşı çıxmayacaq. 28 yaşlı futbolçu özü "Real"a keçmək niyyətindədir.
 
Salah bu mövsüm "Liverpul"la Premyer Liqada 13 oyunda 13 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest