Almaniyanın "Borussiya" (Münhenqladbax) klubunun futbolçusu Markus Türamın cəzası açıqlanıb.
 
Matc.az xəbər verir ki, Bundesliqanın 13-cü turunun "Hoffenhaym"la oyununda (1:2) rəqib komandanın futbolçusu Ştefan Poşun üzünə tüpürdüyü üçün qırmızı vərəqə alan 23 yaşlı hücumçu biri şərti olmaqla, 6 oyunluq diskvalifikasiya olunub.
 
Bu barədə Almaniya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb. Cəza çempionat və ölkə kubokunun matçlarına aiddir. Fransız forvard həmçinin 40 min avro məbləğində cərimələnib.
 
Qeyd edək ki, Markus Türam Fransa millisinin heyətində dünya (1998) və Avropa (2000) çempionu olmuş Lilian Türamın oğludur. Klubu da onu bir aylıq məvacibi (150 min avro) məbləğində cərimə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest