Futbol üzrə İspaniya çempionatının ən yaxşı oyunçusu məlum olub.
 
Matc.az xəbər verir ki, Madrid "Real"ının hücumçusu Kərim Benzema "Marca"nın versiyasına görə İspaniya çempionatında 2019/20 mövsümünün ən yaxşı oyunçusu elan edilib.
 
"Real" ötən mövsüm 87 xalla İspaniya çempionu olmuşdu. Fransız futbolçu isə La Liqa çərçivəsində 37 matçda iştirak edərək, 21 qol vurub, 8 məhsuldar ötürmə etmişdi.
 
Xatırladaq ki, 2009-cu ildən yalnız hücumçu Lionel Messi və Kristiano Ronaldo mövsümün ən yaxşı oyunçuları kimi tanınırdılar.
 
Benzema "Real"da 2009-cu ildən çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2022-ci ilin yayına qədərdir. O, bu mövsüm İspaniya çempionatında 7 qol vurub, 5 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest