İspaniyanın "Vilyarreal" klubu icarə əsasında komandada olan Takefusa Kubonu qışda "Real"a geri göndərəcək.
 
Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
 
Yaxşı oyun sərgiləməyən və heyətdəki yerini itirən Kubonun "Real"a geri göndərilməsi düşünülür. 19 yaşlı yarımmüdafiəçinin qaytarılmasına səbəb həm də, onun yüksək məvacib almasıdır.
 
Mövsümün əvvəlində "Real"dan "Vilyarreal"a keçən yapon futbolçu La Liqada 13 oyuna çıxıb.
 
Kubonun "Real"la müqaviləsi 2024-cü ilin yayına qədərdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest