Braziliya yığmasının sabiq futbolçusu Ronaldinyonun anası Miqelina dos Santos koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə futbolçu sosial şəbəkə hesabında məlumat verib. O, anasının reanimasiyada olduğunu bildirib:
 
"Anam koronavirusa yoluxub. Onun tezliklə sağalması üçün mübarizə aparırıq. O, reanimasiyadadır və bütün tibbi köməklə təmin edilir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest