Avstriyada 2020-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.
 
Matc.az xəbər verir ki, "Bavariya"nın müdafiəçisi David Alaba ilin ən yaxşısı elan olunub.
 
Bu barədə Avstriya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
Alaba karyerası ərzində 7-ci dəfə Avstriyanın ən yaxşı futbolçusu elan olunur. O, 2011-2016-cı illər aralığında da ardıcıl olaraq ilin ən yaxşısı seçilmişdi. 28 yaşlı oyunçu bu baxımdan ölkəsinin rekordçusudur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest