Oyundan əldə ediləcək vəsait ölkənin xəstəxanalarından birinə bağışlanacaq. Gerye, sayta açıqlamasında bu qərarı ilə bağlı bunları deyib

"Qarabağ"ın haitili futbolçusu Donald Gerye ölkəsində xeyriyyə matçı təşkil edəcək.
 
Matc.az "haititempo.com" saytına istinadən xəbər verir ki, xeyriyyə matçı dekabrın 27-də təşkil ediləcək.
 
Oyundan əldə ediləcək vəsait ölkənin xəstəxanalarından birinə bağışlanacaq. Gerye, sayta açıqlamasında bu qərarı ilə bağlı bunları deyib:
 
"ölkədə bəzi xəstələrin dərman ala bilməməsi məni bu qərarı verməyə vadar etdi. Bu insanlara kömək məqsədiylə belə addım atmağı seçdik. Oyuna radio və telekanalları da dəvət edəcəyik. 5-10 nəfərə deyil, çox sayda insana kömək etməyə çalışırıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest