"Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudov əməliyyat olunub. Matç.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Mahmudov ikitərəfli qasıq yırtığı diaqnozu ilə əməliyyat olunub. Almaniyanın Münhen şəhərindəki "Munich Airport Clinic GmbH"də baş tutan əməliyyat uğurlu keçib.

Həkimlərin rəyinə görə, 26 yaşlı orta sahə oyunçusu 2-3 həftə sonra fərdi məşqlərə başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest