Futbol üzrə İspaniya La Liqasında 15-ci tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma keçirilib. 
 
Açılış matçında "Valensiya" doğma meydanda "Sevilya"nı qəbul edib və minimal hesabla uduzub.
 
Turnir cədvəlinin 2-ci sırasında qərarlaşan "Atletiko" bu tur çərçivəsində ən yaxın izləyicisi "Real Sosyedad"ın qonağı olub. Madrid təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.
 
"Barselona" səfərdə "Valyadolid"lə görüşüb və darmadağına imza atıb.
 
İspaniya La Liqası
15-ci tur
22 dekabr
 
Valensiya – Sevilya 0:1
Qol: Suso, 81.
 
Elçe – Osasuna 2:2
Qol: Fidel, 46. Karrilyo, 78 – R.Qarsiya, 10. Brasanaç, 64.
 
Real Sosyedad – Atletiko 0:2
Qol: Hermoso, 49. Lyorente, 74.
 
Hueska – Levante 1:1
Qol: Ontiveros, 31-pen – Melero, 53.
 
Vilyarreal – Atletik 1:1
Qol: Pino, 75 – Uilyams, 19.
 
Valyadolid – Barselona 0:3
Qol: Lanqle, 21. Breytveyt, 35. Messi, 65.
 
23 dekabr
 
20:30 Xetafe – Selta
22:45 Real – Qranada
01:00 Betis – Kadis
01:00 Alaves – Eybar

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest