Türkiyənin "Alanyaspor" klubu yunan müdafiəçisi Georgios Tsavellasla müqavilənin müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Tərəflər müddəti 2023-cü ilin yayında bitəcək yeni 2 illik müqaviləyə imza atıblar. Əvvəlki müqavilənin müddəti 2021-ci ilin yayına qədər idi.
 
Tsavellas 2017-ci ilin yanvarından "Alanyaspor"un uğurları üçün çalışır. 33 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 116 matça çıxıb, 5 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest