Azərbaycan kubokunda bütün yarımfinalçılar bəlli olub. Matç.az saytının məlumatına görə, bu gün 1/4 finalın son oyunları keçirilib.

"Qəbələ" "Sabah"ı evdə olduğu kimi, səfərdə də eyni hesabla (1:0) məğlub edib. Digər cütlükdə isə "Qarabağ" kubokun son qalibi "Keşlə"ni mübarizədən kənarlaşdırıb - 1:0, 1:1. Beləliklə, "Sumqayıt" və "Zirə"dən sonra "Qarabağ"la "Qəbələ" də kubok uğrunda yarışı davam etdirib.

Yarımfinal mərhələsində "Sumqayıt" "Zirə" ilə "Qəbələ" isə "Qarabağ"la qarşılaşacaq. Final yolunda son duellər 23 aprel - 1 may tarixlərində baş tutacaq. İlk oyunlar "Qəbələ" və "Sumqayıt"ın meydanında keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest