Türkiyənin "Gənclərbirliyi" klubunun kollektivi Super Liqanın 14-cü turu çərçivəsində qarşılaşacağı "Sivasspor"la səfər oyunundan öncə növbəti dəfə koronavirus testindən keçirilib.
 
Matc.az xəbər verir ki, COVİD-19 testi verənlərdən beş nəfərin  virusa yoluxduğu üzə çıxıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə koronavirusa yoluxanlardan üçünün ftubolçu, ikisinin isə klub işçisi olduğu diqqətə çatdırılıb.
 
Onların adları açıqlanmayıb. Qaydalara uyğun olaraq, COVİD-19 testi pozitiv çıxanların hamısı karantinə alınıb.
 
Qeyd edək ki, "Sivasspor" – "Gənclərbirliyi" matçı sabah keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest