Futbol üzrə İngiltərə milli komandasının və İspaniyanın "Atletiko" (Madrid) klubunun müdafiəçisi Kiran Trippyer 10 həftəlik diskvalifikasiya olunub.
 
Matc.az xəbər verir ki, 30 yaşlı futbolçu ölkəsinin "Tottenhem" klubundan Madrid təmsilçisinə keçərkən mərc qaydalarını pozduğu üçün belə ağır cəzaya məruz qalıb.
 
Təcrübəli oyunçu həmçinin 70 min funt-sterlinq məbləğində cərimələnib.
 
Sanksiya qərarı deabrın 23-də - rəsmi sənədlər FİFA-ya təqdim olunduqdan sonra qüvvəyə minəcək.
 
Qeyd edək ki, Kiran Trippyer "Atletiko"ya 2019-cu ilin yayında transfer olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest