Türkiyənin "Fatih Karagümrük" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi son olaraq "Sampdoriya"nın formasını geyinən italyan yarımmüdafiəçi Andrea Bertolaççini heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İtaliya yığmasının da üzvü olan 29 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları isə açıqlanmayıb.
 
Karyerasına yetirməsi olduğu "Roma"da başlayan Bertolaççi, sonralar "Leççe", "Cenoa", "Milan" və "Sampdoriya"nın da uğurları üçün çalışıb.
 
Qeyd edək ki, "Fatih Karagümrük" bu yaxınlarda Emre çolak və Fabio Borinini də transfer etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest