"Neftçi"də sonuncu koronavirus testlərinin nəticəsi bəlli olub.
 
Matc.az xəbər verir ki, bütün cavablar neqativ çıxıb.
 
Bu barədə klubun Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev "Report"a açıqlamasında bildirib. Onun sözlərinə görə, aktiv xəstə olan Bruno Teluşi və Stiven Monroz da artıq sağalaraq, sıraya qayıdıblar.
 
"Ağ-qaralar"ın Premyer Liqanın 13-cü turunda üz-üzə gələcəyi "Keşlə" komandasında da test nəticələri açıqlanıb. Klubdan bildirilib ki, heç kimdə virus aşkarlanmayıb. Hazırda komandada yeganə itki koronavirusa görə xəstəxanada müalicə alan baş məşqçi Yunis Hüseynovdur. O, paytaxt derbisində də texniki zonada yer almayacaq.
 
Qeyd edək ki, dekabrın 24-də keçiriləcək "Neftçi" - "Keşlə" matçına saat 18:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest