Futbol üzrə Azərbaycan yığmasının və "Sabah"ın müdafiəçisi Bəhlul Mustafazadə qasıq nahiyyəsindəki ikitərəfli yırtıqdan əməliyyat olunub.
 
Matc.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, Almaniyanın Münhen şəhərindəki "Arabella" klinikasında aparılmış əməliyyat uğurlu keçib. Hazırda futbolçu özünü yaxşı hiss edir.
 
Həkimlərin rəyinə əsasən, Bəhlul 5 həftə sonra məşqlərə başlaya biləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest