Futbol üzrə Türkiyə Super Liqasında 14-cü turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, bu gün daha dörd görüş baş tutub.
 
"Ərzurumspor" doğma meydanda "Dənizlispor"a, "Kasımpaşa" isə "Qaziantep"ə məğlub olub.
 
Lider "Alanyaspor" bu dəfə "Yeni Malatyaspor"un müqavimətini qırmağa çalışsa da, meydanı 1 xalla tərk edib.
 
Turun mərkəzi görüşü İstanbulda keçirilib. Son iki turda məğlub olan "Fənərbaxça" bu dəfə doğma meydanda son çempion "Başakşəhər"i qəbul edib. İstanbul derbisində meydan sahibləri darmadağına seviniblər.
 
Türkiyə Super Liqası
14-cü tur
22 dekabr
 
Hatayspor – Trabzonspor 0:1
Qol: V.Hüqo, 74.
 
Qalatasaray – Göztəpə 3:1
Qol: E.Kılınc, 4. A.Turan, 12. Fequli, 63 – S.Aydoğdu, 14.
 
23 dekabr
 
Alanyaspor – Yeni Malatyaspor 1:1
Qol: Babakar, 32 – A.Büyük, 60.
 
Ərzurumspor – Dənizlispor 1:2
Qol: Bassan, 70 – Rodalleqa, 36; 55.
 
Fənərbaxça – Başakşəhər 4:1
Qol: Sanqare, 45+2. Tisserand, 60. L.Qustavo, 84. M.Yandaş, 89 – M.Tekdemir, 6.
 
Kasımpaşa – Qaziantep 0:4
Qol: Maksim, 9-pen; 25. Cefferson, 57. M.Demir, 79.
 
24 dekabr
 
17:00 Sivasspor – Gənclərbirliyi
17:00 Kayserispor – Konyaspor
20:00 Ankaragücü – Beşiktaş
20:00 Rizəspor – Antalyaspor

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest