Futbol üzrə İngiltərə liqa kubokunda 1/14 final mərhələsinə yekun vurulub.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
 
öncə "Brentford" doğma meydanda "Nyukasl"la üz-üzə gəlib. Meydan sahibləri minimal hesabla qalib gələrək yarımfinala vəsiqəni təmin ediblər.
 
Günün digər matçında "Mançester Siti" "Arsenal"ı səfərdə böyük hesabla məğlub etməklə növbəti mərhələyə yüksəlib.
 
İkinci oyun günündə "Tottenhem" səfərdə "Stok Siti"ylə qarşılaşmada inamlı qələbəyə sevinib. "Mançester Yunayted" də "Everton"la qarşılaşmada inamlı qələbə sayəsində mərhələ adlayıb.
 
İngiltərə liqa kuboku
1/4 final
22 dekabr
 
Brentford – Nyukasl 1:0
Qol: Dasilva, 66.
 
Arsenal – Mançester Siti 1:4
Qol: Lakazette, 31 – Q.Jesus, 3. Mahrez, 54. Foden, 59. Laporte, 73.
 
23 dekabr
 
Stok Siti – Tottenhem 1:3
Qol: Tompson, 53 – Beyl, 22. Deyvis, 70. Keyn, 81.
 
Everton – Mançester Yunayted 0:2
Qol: Kavani, 88. Marsyal, 90+6.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest