"Tottenhem"in futbolçusu Qaret Beyl zədələnib.
 
Matc.az xəbər verir ki, bu barədə London təmsilçisinin baş məşqçisi Joze Mourinyo yerli mətbuata açıqlamasında deyib. 
 
Uelsli hücumçu İngiltərə Liqa kubokunun 1/4 final mərhələsi çərçivəsində "Stok Siti"yə qarşı keçirilən oyunda zədələnərək, 46-cı dəqiqədə Son Hın Minlə əvəzlənib.
 
Qaret Beylin son durumu tibbi müayinədən sonra bilinəcək.
 
"Tottenhem" "Stok Siti"ni məğlub edərək (3:1) yarımfinala yüksəlib. Londonlular bu mərhələdə "Brentford"la qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest