İspaniyanın "Real" klubu ciddi itkiylə üzləşib.
 
Matc.az xəbər verir ki, Madrid təmsilçisinin hücumçusu Rodriqo sıradan çıxıb.
 
Bu barədə AS nəşri məlumat yayıb. Braziliyalı hücumçu La Liqanın 15-ci turu çərçivəsində "Qranada"ya qarşı keçirilən oyunun 38-ci dəqiqəsində zədələnib və meydanı tərk edib. Rodriqonun son durumu tibbi müayinədən sonra bilinəcək.
 
"Real" –  "Qranada" matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest