"Liverpul"un zədəli futbolçusu Tyaqo Alkantara sağalıb.
 
Matc.az klubun saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi komandayla məşqlərə başlayıb.
 
Tyaqo oktyabrda keçirilən "Everton"la matçda (2:2) zədələnmişdi.
 
İspaniyalı yarımmüdafiəçi sentyabrda "Bavariya"dan "Liverpul"a keçib. Alkantara Premyer Liqada iki oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest