"Qarabağ" klubu Azərbaycan Premyer Liqasının 13-cü turundan sonra futbolçularını istirahətə buraxıb.
 
Matc.az xəbər verir ki, artıq bu gündən etibarən əcnəbi oyunçular ölkəni tərk etməyə başlayacaq.
 
Komanda 2021-ci il yanvarın 5-də Bakıda "Azərsun Arena"da bir araya gələcək. Legionerlər isə bir-iki gün sonra komandaya qoşulacaq. (Report)
 
Qeyd edək ki, "Qarabağ" 13-cü turda "Zirə"ni 3:2 hesabı ilə məğlub edib. Premyer Liqada 14-cü tur yanvarın 21-də olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest