"Keşlə" ilk transferini reallşdırır. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi kamerunlu Anatole Bertrand Abanqla anlaşıb. 24 yaşlı futbolçu artıq Bakıya gəlib. Klubdan verilən məlumata görə, onunla 1 il müddətinə müqavilə bağlanacaq.

Son klubu "Şerif" olan Anatole Moldova çempionatında keçirdiyi 10 oyunda 6 qol vurub. Bu kluba qədərsə çində "Nantonq Ziyun"un formasını geyinən hücumçu 12 görüşdə 6 dəfə fərqlənib. 2016-cı ildə Kamerun millisinin formasını geyinib və 6 qarşılaşmada 1 qol sevinci yaşayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest