Fransanın PSJ klubu istefaya göndərdiyi deyilən Tomas Tuxelə təzminat ödəyəcək.
 
Matc.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
 
Məlumata görə, Paris klubu Tuxelə və məşqçilər heyətinə 7 milyon avro ödəməli olacaq. Buna səbəb klubun müqavilənin bitməsindən əvvəl alman mütəxəssisi istefaya göndərməsidir.
 
2018-ci ildən PSJ-ni çalışdıran Tuxelin müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulmuşdu. Klub Tuxelin istefaya göndərilməsi ilə bağlı rəsmi açıqlama verməyib. Onun Maurisio Poçettino ilə əvəzlənəcəyi iddia olunur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest