İngiltərənin "Mançester Siti" klubunun iki futbolçusunda koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə "şəhərlilər"in rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə Qabriel Jezus və Kayl Uokerin COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Bundan əlavə, klubun iki işçisində də infeksiya aşkarlanıb. Onların hamısı təcrid olunub.
 
Qeyd edək ki, "Mançester Siti" 13 oyundan sonra Premyer Liqada 23 xalla 8-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest