Futbol üzrə Fransa çempionatında noyabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.
 
Matc.az xəbər verir ki, "Monpelye"nin hücumçusu Endi Delor ötən ayın ən yaxşısı elan olunub.
 
Bu barədə Liqa 1-in rəsmi saytı məlumat yayıb. Delor noyabrda dörd çempionat oyununda iştirak edib, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
 
İkinci yeri "Monako"nun hücumçusu Kevin Folland, üçüncü pilləni isə "Brest"in forvardı İrvin Kardona tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest