"Real"ın zədəli futbolçusu Rodriqonun son durumu məlum olub.
 
Matc.az xəbər verir ki, braziliyalı hücumçu azı 3 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə "Marca" nəşri məlumat yayıb.
 
Rodriqo "Real"ın La Liqanın 15-ci turu çərçivəsində "Qranada"nı 2:0 hesabıyla məğlub etdiyi matçda zədələnmişdi.
 
19 yaşlı hücumçu bu mövsüm La Liqada 11 oyunda 4 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest