İspaniyanın "Barselona" klubu baş məşqçisi Ronald Kumanla yollarını ayıra bilər.
 
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" nəşri məlumat yayıb.
 
Xəbərdə, niderlandlı mütəxəssisin qışda istefaya göndərilə biləcəyi qeyd olunub.
 
Kuman "Barselona"dan ayrılsa, onun yerinə baş məşqçi postuna yaxın zamanda PSJ-ni tərk edəcəyi gözlənilən Tomas Tuxel gətiriləcək.
 
Fransa mətbuatı Paris klubunun alman mütəxəssislə müqaviləyə xitam verəcəyini iddia edir.
 
"Barselona" La Liqada 5-ci sıradadır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest