"Sanderlend"in sahibi Stüart Donald klubu satmağa qərar verib.
 
Matc.az xəbər verir ki, o, klubun səhmlərini 22 yaşlı milyarder Kiril Lui-Dreyfusa satıb.
 
Bu barədə çempionşip klubunun rəsmi saytı məlumat yayıb. Lui-Dreyfus 2021-ci il 1 yanvar tarixindən etibarən klubun sahibi və prezidentinə çevriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest