"Neftçi" futbolçusu Prins İbara ilə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
 
24 yaşlı konqolu hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
 
Qeyd edək ki, sentyabrda icarə əsasında "Neftçi"yə keçən Prins İbara "ağ-qaralar"ın heyətində 8 oyunda meydana çıxıb və 1 qol vurub. O, müqavilə ilə Belçikanın "Birşot" klubuna məxsusdur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest