"Neftçi"nin sabiq futbolçusu İqnasio Erreranın yeni klubu bəlli olub.
 
Matc.az xəbər verir ki, 33 yaşlı hücumçu Ekvadorun "Muşuk Runa" komandasından ayrılıb.
 
çilili oyunçu karyerasını Ekvadorun digər təmsilçisi "Aukas"da davam etdirəcək. Errera ilə müqavilənin müddəti mövsümün sonuna kimi nəzərdə tutulub.
 
Qeyd edək ki, İqnasio Errera 2017-ci ilin yanvarından 2018-ci ilin iyununadək "Neftçi"nin formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest