Mövsümün ikinci yarısına hazırlaşan "Keşlə" kamerunlu hücumçu Anatole Abanqı heyətinə qatıb.
 
Matc.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
 
24 yaşlı mərkəz hücumçusu ilə 1 illik müqavilə imzalanıb. 
 
Son olaraq Moldovanın "Şerif" klubunda oynayan Abanq buna qədər çinin "Nantoq", ABŞ-ın "Nyu York Red Bulls", Rumınıyanın "Astra", Finlandiyanın SJK, Danimarkanın "Hobro" və Kamerunun "Reynbou" klublarında çıxış edib. 
 
Həmçinin, Kamerun millisinin heyətində 6 oyun keçirən forvardın aktivində 1 qol və 1 məhsuldar ötürmə var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest