Almaniyanın "Volfsburq" klubunun futbolçusu Vut Veqorst karyerasını İngiltərədə davam etdirə bilər.
 
Matc.az xəbər verir ki, "Tottenhem" klubu 28 yaşlı hücumçuyla yaxından maraqlanır.
 
Bu barədə "Bild" nəşri məlumat yayıb. London klubu niderlandlı futbolçu üçün "Volfsburq"a 35 milyon avro ödəməyə hazırdır.
 
Niderland yığmasının da üzvü olan Veqorst, bu mövsüm Bundesliqada 13 oyunda 9 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest