"Fənərbaxça"nın daha üç futbolçusunda koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə kollektivin növbəti dəfə COVİD-19 testindən keçdiyi diqqətə çatdırılıb. Nəticədə 3 oyunçunun virusa yoluxduğu üzə çıxıb. Adları açıqlanmayan futbolçular karantinə alınıblar.
 
Qeyd edək ki, "Fənərbaxça" Türkiyə Super Liqasının 15-ci turunda istirahət edir. Sözügedən komanda növbəti matçını yanvarın 4-də "Kasımoaşa"ya qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest