Fransanın "Nant" klubunun yeni baş məşqçisi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisini bundan sonra Raymon Domenek çalışdıracaq.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 68 yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanılıb. Yeni vəzifədə ilk sınaq yanvarın 6-da "Renn"ə qarşı olacaq. Domenekin son iş yeri 2004-2010-cu illərdə rəhbərlik etdiyi Fransa millisi olub. 
 
"Nant" Fransa çempionatındakı son 8 oyununda qələbə qazana bilməyib. Komanda 17 turdan 15 xalla 16-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest