İngiltərənin "Vulverhempton" klubu futbolçuların marketlərə getməsini qadağan edib.
 
Matc.az xəbər verir ki, bu barədə baş məşqçi Nuno Santos Espirito məlumat verib. O, koronavirusla mübarizədə bu addımı atdıqlarını bildirib:
 
"Mümkün olan bütün risklərdən qaçmalıyıq. Heyətimiz məhduddur. Futbolçuların yerinə marketlərə gedib, alış-veriş edə biləcək işçilərimiz var. Futbolçuları itirməyi gözə ala bilmərik".
 
Britaniya mətbuatının yazdığına görə, bu qadağa futbolçuların ailə üzvlərinə də aiddir. Marketlərdə koronavirusa yoluxma riskinin çox olduğunu nəzərə alan klub rəhbərliyi futbolçuları mümkün qədər qorumağa çalışır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest